Dəstəfurçay və Şəmkirçaydan sel keçir - FAKTİKİ HAVA

16:52 20.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Zaqatala, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə hafta.az-a Xidmıətdən xəbər verilib.

Yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonundan axan Dəstəfurçaydan və Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir.